AZ

“Keyhan” qəzeti Pezeşkianı hədəfə alıb: “Niyə tez-tez Bakıya səfər edirsiniz?”

İranın ali rəhbəri Ayətullah Əli Xameneiyə yaxınlığı ilə tanınan radikal mövqeli “Keyhan” qəzeti İran hökumətinin Azərbaycanla münasibətlərini tənqid edən məqalə dərc edib.

Vətəninfo.az xəbər verir ki, yazıda iddia olunur ki, Azərbaycan son illər İranın maraqlarına zidd addımlar atıb. Qəzet Azərbaycanın etnik məsələləri gündəmə gətirdiyini, sərhədlərdə gərginlik yaratdığını və İsraillə əməkdaşlığı genişləndirdiyini irəli sürüb. Bu səbəbdən “Keyhan” Tehranın Bakıya münasibətinin daha sərt, hesablanmış və açıq mesajlara əsaslanan xətt üzərində qurulmalı olduğunu qeyd edib.

Məqalədə İran Prezidenti Məsud Pezeşkianın mövqeyi də tənqid olunub. Qəzetin iddiasına görə, Pezeşkian İran–Azərbaycan münasibətlərindəki zəifliyə görə məsuliyyəti İslam Respublikasının üzərinə qoyur və əvvəlki illərdə bu istiqamətdə lazımi addımların atılmadığını bildirir.

“Keyhan” eyni zamanda rəsmi səfərlərin tez-tez həyata keçirilməsinə baxmayaraq, konkret nəticələrin əldə olunmadığını vurğulayıb. Qəzet yazır ki, bu səfərlər Azərbaycanın davranışında real dəyişiklik yaratmayıb.

Qeyd edək ki, “Keyhan” qəzeti daha əvvəl də İran–Azərbaycan münasibətləri və rəsmi Bakıya qarşı sərt mövqeyi ilə diqqət çəkib.

Seçilən
55
veteninfo.az

1Mənbələr