“Sosial mediadakı xurafata, radikalizmə yönələn kontentlərlə tanışlıq gənclərin səhv qərarlar verməsinə gətirib çıxarır”.
Bizim.Media xəbər verir ki, bunu Elm və Təhsil Nazirinin müavini Firudin Qurbanov bu gün Bakıda Elm və Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər" mövzusunda keçirilən konfransda bildirib.
"Bu işdə təhsil sisteminin böyük məsuliyyəti var. Bu prosesdə dini mədəniyyətin də rolu böyükdür. Dünyanı dərk etmək üçün üç yol var: Elm, incəsənət və din.
Təhsil sistemində dini komponentə diqqət yetirilir. Bu, orta məktəblərdə həyat bilgisi, tarix, Azərbaycan dili, ali təhsil müəssisələrində fəlsəfə, tarix dərsliklərində əks olunur. Təhsilin əsas məqsədi mənəvi-əxlaqi dəyərləri də aşılamaqdır. Biz gələcək üçün milli-mənəvi dəyərlərə əsaslanan gənclərimizi formalaşdırmalıyıq”.
Naibə Məmmədova, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta