Pivə kişiləri gey, qadınları isə fahişəyə çevirir.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb. Tərkibindəki qadın hormonunun orqanizmi dəyişdirdiyi və ailələri dağıtdığı bildirilir
İctimai fəallar pivənin insan orqanizminə və psixologiyasına təsiri barədə qalmaqallı bəyanatla çıxış ediblər.
İddia olunur ki, pivənin əsas tərkib hissəsi olan mayaotunda (xmel) bol miqdarda “estradiol” qadın hormonu var və bu, orqanizmdə ciddi dəyişikliklərə səbəb olur.
Onların fikrincə, bu içkidən həddindən artıq istifadə edən kişilər kişilik xüsusiyyətlərini itirir, qarınları böyüyür və onlarda həmcinslərinə qarşı meyl yaranır.
Qadınlarda isə hormonun artıqlığı cinsi həvəsin idarəolunmaz olmasına və əxlaqi dəyərlərin itirilməsinə gətirib çıxarır.
Ekspertlər hesab edirlər ki, məhz bu səbəbdən pivə ailələri dağıdan əsas amillərdən biridir.
Xuraman Etibarlı
İnterpress.az