"Ayaks” son oyunlar uğurlu çıxışları ilə diqqət çəkir.
QOL.az-ın xəbərinə görə, ötən həftə UEFA Çempionlar Liqasında Bakıda “Qarabağ”ı məğlub edən (4:2) Amsterdam təmsilçisi dünən Niderland çempionatının 16-cı turunda evdə turnir cədvəlinin ikincisi olan “Feyenoord”da da qalib gəliblər - 2:0.
"Yohan Kroyf" arenada keçirilən matçda qolları Davi Klaassen (13) və Jorthy Mokio (90+4, pen.) vurublar.
Bu, “Ayaks”ın dalbadal 4-cü qələbəsi olub (1-i Çempionlar Liqası, 3-ü Erediviziyada).
“Feyenoord” üzərindəki qələbə sayəsində xalını 29-a yüksəldən Fred Qrimin komandası turnir cədvəlində 3-cü pilləyə yüksəlib.