AZ

2025 - ci il ölkəmiz üçün məhsuldar il olaraq yadda qaldı



"2025 - ci il ölkəmiz üçün istər siyasi, istər iqtisadi, istər hərbi, istərsə də mədəni həyata kifayət qədər məhsuldar il olaraq yadda qaldı. Geridə qoyduğumuz ildə Azərbaycan artıq formalaşmış bir ənənəyə sadiq qalaraq bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etdi, özünün diplomatik fəallığını artırdı".

Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Pərviz Mirizadə deyib. O bildirib ki, bu il Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumu, eyni şəhərdə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşü, Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü, MDB oyunları kimi tədbirlər ölkəmizin nüfuzunu artıran vacib faktorlardır:

"Eyni zamanda, cənab Prezident İlham Əliyevin xarici ölkələrə etdiyi səfərlər və bu səfərlər çərçivəsində qurulan iqtisadi-siyasi əməkdaşlıqlar Azərbaycanın tərəfdaşlarının artmasına zəmin yaratdı".

Süleyman
Seçilən
52
1
newscenter.az

2Mənbələr