Bakı. Trend:
Dini dünya görüşü və bilikləri olan din xadimlərinə böyükehtiyacımız var.
Trend xəbərverir ki, bunu Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədrmüavini Gündüz İsmayılov bu gün Bakıda Elm və Təhsil Nazirliyi vəDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə"Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər" mövzusundakeçirilən konfransda bildirib.
Onun sözlərinə görə, bu gün cəmiyyətdə ən çox müzakirə edilənmövzular dini mövzulardır:
"Azərbaycan cəmiyyətində dinlə bağlı biliklər ailə, kütləviinformasiya vasitələri, təsadüfi adamlar və yas və mərasimi aparanmollalardır. Dinlə bağlı məlumatları əsasən bu üç mənbədənalırıq.
Ailələrimizin hamısının dini bilikləri varmı? Dini bilikləriolan ailələrin dini bilikləri qaneedicidirmi? KİV və təsadüfiinsanlar dini biliklər almaq üçün nə qədər etibarlıdır? Sosialşəbəkələrdə dinlə bağlı yanlış məlumatlar yayılır.
Bu gün Azərbaycanda kifayət qədər bilikli din xadimləri var. Ammadini ayinlər keçirən həmin şəxslərin heç də hamısı qaneedici deyil.Dini dünya görüşü və bilikləri olan din xadimlərinə böyükehtiyacımız var.
Dini biliklər almaq üçün ən etibarlı mənbə tehsil və məktəb olabilər. Dini radikalizm, xurafat, məzhəbçilikə mübarizə,milli-mənəvi dəyərlərin təbliğində ən potensial mənbə təhsilmüəssisələridir. Bu gün burada bu məsələləri müzakirəedəcəyik".