AZ

“MEDİA Savadlılığı” Həftəsi çərçivəsində növbəti dəfə “Kreativ Media - Bakı” adlı məzmun müsabiqəsi elan edilir

Bakı.Trend:

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə“MEDİA Savadlılığı” Həftəsi çərçivəsində növbəti dəfə “KreativMedia - Bakı” adlı məzmun müsabiqəsi elan edilir.

Trend xəbərverir ki, bu barədə Medianın İnkişaf Agentliyi məlumat yayıb.

Bildirilib ki, müsabiqə jurnalistika və kommunikasiya ixtisasıüzrə təhsil alan, eləcə də media sahəsinə maraq göstərən digərixtisasdan olan tələbələri əhatə edir.

Müsabiqənin keçirilməsinin əsas məqsədi media savadlılığı vədezinformasiya ilə mübarizədə yeni məzmun ideyalarının yaradılması,gənclər üçün peşəkarlaşma, eyni zamanda ixtisaslaşmanın təşviqedilməsidir.

Müvafiq müsabiqəyə “Süni intellekt və etika: təhlükəsiz rəqəmsalcəmiyyət”, “Müxtəlif sənayelər üzrə etibarlı məlumatlandırmanıntəmini: ⁠dağ-mədən sənayesi” və “Media savadlılığı sosialməsuliyyətlilik kontekstində” mövzuları üzrə hazırlanmışməqalələrlə müraciət etmək mümkündür.

Müsabiqə üçün dil, həcm və janr məhdudiyyəti nəzərdətutulmur.

Qiymətləndirmə materialın yaradıcı, orijinal və maarifləndiriciəhəmiyyətli olması, jurnalistikanın prinsiplərinə uyğunluğu, eləcədə plagiat və ya emal olunmamış informasiyanın (copy-paste) həcminəzərə alınmaqla aparılacaq.

20 dekabr saat 12:00-dək göstərilən linkdəki elektron qeydiyyatformasını dolduraraq müraciət edə bilərsiniz.

Qeyd edək ki, qaliblərə hədiyyə və sertifikatların təqdimedilməsi, həmçinin onların məqalələrinin peşəkar onlayn mediasubyektlərində paylaşılması nəzərdə tutulur.

Müraciət üçün son tarix: 20 dekabr 2025-ci il, saat 12:00

Qeydiyyat linki: https://shorturl.at/50FOD

Məqalədə:
Seçilən
4
22
az.trend.az

10Mənbələr