AZ

Bu şorbanı yesəz, gənc qalacaqsız -Mütəxəssisdən MƏSLƏHƏT

Uzunömürlülük üzrə tədqiqatçı Den Buettner bioloji yaşından daha gənc qalmasına kömək etdiyini düşündüyü şorbanın reseptini açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu haqda "Daily Mail" nəşri yazır.

64 yaşlı Buettner bildirir ki, hətta həkimlər belə onun sağlamlıq vəziyyətinə heyran qalırlar. O, bunun əsas səbəbi kimi hər gün səhər yeməyində italyan mətbəxinə aid olan minestrone şorbası yemək vərdişini göstərir.

Mütəxəssisin sözlərinə görə, bu şorbanın reseptini  uzunömürlülərin vərdişləri haqqında kitabı üçün material toplayarkən Sardiniyada öyrənib. Ada son dərəcə yüksək ömür uzunluğu ilə məşhurdur və Buettnerin fikrincə, bunun əsas səbəbi yerli əhalinin qidalanma vərdişləridir.

“Sadiniyada minestrone sadəcə isidici şorba deyil. Onu hər gün bişirirlər və lobya, dənli bitkilər, tərəvəzlər və göyərtini elə bir şəkildə birləşdirirlər ki, hətta alimlər belə bu şorbanın müstəsna faydasını etiraf ediblər”, - deyə tədqiqatçı bildirib.

Aytəkin TOFİQQIZI

Seçilən
75
1
redaktor.az

2Mənbələr