Bakı Metropoliteni QSC qatarların intervalında gecikmə məsələsinə aydınlıq gətirib.
Bu barədə qurumdan bildirilib.
Qeyd olunub ki, Bakı Metropolitenində sərnişin sıxlığı səbəbi ilə hüdud xəttinin keçilməsi və qapıların tutularaq saxlanması müşahidə olunur:
"Nəticədə qatarlar stansiyalara daha aşağı sürətlə daxil olur və platformalarda normadan artıq dayanırlar. Bu isə arxadan gələn qatarların tunellərdə və stansiyalarda dayanmasına səbəb olur. "Qırmızı" və "Yaşıl xət"lər "28 May" stansiyasında kəsişərək birləşdiyindən bir neçə stansiyada bunun təsirləri hər iki xətt üzrə ümumi yubanmalara səbəb olub. Sərnişinlərimizdən xahiş edirik ki, gecikmələrə yol verməmək üçün platformalarda təhlükəsizlik qaydalarına riayət etsinlər".
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta