ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.
İngiltərənin Suffolk əyalətinin Barnham şəhərində aparılan arxeoloji qazıntılar zamanı odun qəsdən alovlandırılmasının ən erkən sübutlarından biri aşkar edilib. Qazıntılarda isti sediment daşları, odla çatlamış flint (kristal daş) əllə istifadə olunan alətlər və iki parça pirrit - od çıxarmaq üçün istifadə edilən minerallar tapılıb.
Bizimyol.info xəbər verir ki, yeni tapıntılar, Barnhamda təxminən 400 min il əvvəl insanların artıq odun idarə edə bildiyini və bunun istilik təmin etmə, yırtıcılardan qorunma və qida bişirmə imkanı verdiyini göstərir. Bu, insanların qidalanma imkanlarını genişləndirirdi.
Əvvəllər odun istifadəsi ilə bağlı ən erkən sübutlar təxminən 50 min il əvvələ aid edilir və bu, Fransadakı neandertallılarla əlaqələndirilirdi. Lakin Britaniya Muzeyinin və Londondakı Universitet Kollecinin professoru Nik Eştoun və onun komandası tərəfindən əldə edilən yeni məlumatlar, bu tarixini təxminən 350 min il geriyə aparır.
Regionda nadir olan pirrit parçaları, onun xüsusilə od alovlandırmaq üçün gətirildiyini göstərir. Bu da qədim insanların mineralların xüsusiyyətləri haqqında yüksək biliklərə malik olduqlarını və kompleks davranış nümayiş etdirdiklərini sübut edir.
"Londondakı Təbiət Tarixi Muzeyinin professoru Kris Strinqer, bu kəşfin insanın odla necə idarə etməyə başladığına dair təsəvvürləri dəyişdirdiyini və erkən neandertallıların texnoloji ixtiraçılığını vurğuladığını qeyd edib.
Alimlərin fikrincə, odun mənimsənilməsi yeni texnologiyaların inkişafına, o cümlədən alətlər üçün yapışqan istehsalına, habelə qədim insanların sosial quruluşuna və həyat tərzinə təsir göstərmiş ola bilər.
Qadir, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.