AZ

Atası faşist olan namizəd prezident seçildi - Bu ölkədə

Çilidə keçirilən prezident seçkilərinin ikinci turunda mühafizəkar siyasətçi Xose Antonio Kast qalib gəlib.

Olaylar.az xəbər verir ki, ölkənin seçki xidmətinin seçki məntəqələrinin 83,43%-dən səsləri saydıqdan sonra dərc etdiyi nəticələrə görə, Kast səslərin 58,61%-ni toplayıb. Onun rəqibi, hakim mərkəz-sol koalisiya olan "Çili üçün Birləş"i təmsil edən Jeanette Jara isə 41,39% səs toplayıb. O, artıq məğlubiyyətini etiraf edib və Kastı təbrik edib.

Kast hökumətin iqtisadiyyata müdaxiləsinin azaldılmasını və cinayətkarlıq və qanunsuz immiqrasiya ilə mübarizə üçün daha sərt tədbirlərin görülməsini müdafiə edir. O, korporativ vergiləri azaltmağı, dövlət xərclərini azaltmağı və Boliviya ilə sərhəddə maneələr qurmağı vəd edir.

Kast hazırkı Çili prezidenti Qabriel Boriçin Braziliya prezidenti Luis İnasio Lula da Silvanın dəvəti ilə iyul ayında Rio-de-Janeyroda keçiriləcək BRICS sammitində iştirak etmək qərarını tənqid edib. Mühafizəkar siyasətçi həmçinin Venesuelada ABŞ hərbi əməliyyatı ideyasını dəstəklədiyini bildirib.

Kast general Auqusto Pinoçetin hərbi rejimindən bəri Çili prezidentliyini tutan ilk ifrat mühafizəkar siyasətçi olacaq. O, evtanaziya, abort, boşanma və eyni cinsli nikahlara qarşıdır. Kastın atası Vermaxtda xidmət edib və 1950-ci ildə Çiliyə qaçıb.

Çilinin seçilmiş prezidenti vəzifəsinin icrasına 11 mart 2026-cı ildə, dörd illik müddətə başlayacaq. (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
57
olaylar.az

1Mənbələr