AZ

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yeddinci tura start veriləcək

Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yeddinci tura start veriləcək.

İdman.Biz xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.

“Gənclər” komandası “Azərreyl”lə üz-üzə gələcək. Görüş Abşeron Olimpiya İdman Kompleksində, saat 17:00-da başlayacaq.

Qeyd edək ki, tura dekabrın 17-də yekun vurulacaq.

İdman.Biz

Seçilən
46
3
idman.biz

9Mənbələr