AZ

Gəlin qayınanasının qətlində şübhəli bilinir

Reyting.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Biləsuvarda təzyiqdən öldüyü deyilən qadının qətlə yetirildiyi məlum olub.

Reyting.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun İsmətli kəndində qeydə alınıb.

İlkin məlumata görə, bir ay öncə kənd sakini 1953-ci il təvəllüdlü Almaz Cəfərova vəfat edib. Həmən vaxt onun qan təzyiqindən öldüyü bildirilib. Dünən ortaya çıxan kamera görüntülərində isə onun gəlini tərəfindən boğulduğu aşkar edilib.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma başlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
reyting.az

1Mənbələr