AZ

Mbappe Ronaldunun rekordunu qıra biləcək? - İki oyunda bu qədər qol vurmalıdır

"Real Madrid"in hücumçusu Kilian Mbappe Primeranın 17-ci turunda "Alaves"lə səfər matçının (2:1) 24-cü dəqiqəsində qol vurub.

Fanat.Az "Sports"-a istinadən xəbər verir ki, beləliklə, fransız forvard 2025-ci ildə Madrid komandasında 56-cı dəfə fərqlənib.

Mbappe "Real Madrid"də bir təqvim ilində qol vurmaq üzrə bütün zamanların rekordundan 3 qol geridədir. Kriştianu Ronaldu 2013-cü ildə 59 qol vurub.

İspaniya nəhənginin 2025-ci ilin sonuna qədər hələ iki oyunu var: Kral Kubokunda "Talavera" və La Liqada "Sevilya" ilə.

O, bu mövsüm Madrid klubunda 22 oyunda 26 qol vurub və 4 məhsuldar ötürmə edib.

Mbappe bu il Fransa millisində vurduğu qollar da daxil olmaqla, cəmi 63 qolla yadda qalıb. 

Seçilən
52
1
fanat.az

2Mənbələr