AZ

Ukrayna səfiri təhlükəsizlik zəmanəti şərtini irəli sürüb

Ukraynanın ABŞ-dakı səfiri Olha Stefanişina Fox deyib ki, Kiyevə verilən təhlükəsizlik zəmanətləri qanuni qüvvəyə malik olmalıdır və onları ləğv etmək və ya göz ardı etmək olmaz...

Poliqon xəbər verir ki, o, bu barədə Fox News telekanalında bildirib.

"Bu sənəd hər baxımdan hüquqi qüvvəyə malik olmalıdır və heç bir halda ləğv edilməməlidir. Mən əminəm ki, ABŞ rəhbərliyi təsirli ola biləcək hansısa formanın mövcud olmasını təmin edəcək", Stefanişina bildirib.

Bundan əvvəl mənbələr xəbər vermişdi ki, ABŞ prezidenti Donald Trampın administrasiyası NATO Nizamnaməsinin 5-ci maddəsi əsasında Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazırdır.

Poliqon.info

Seçilən
51
poliqon.info

1Mənbələr