AZ

Çin doğuş xərclərini dövlət hesabına qarşılayacaq

 

Çin hakimiyyəti əhalinin azalması fonunda valideynliyi təşviq etmək məqsədilə bütün ölkə üzrə doğuşun pulsuz olmasını nəzərdə tutan yeni mexanizm hazırlayır.

Editor.az-ın Sinxua xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Milli Sağlamlıq Sığortası Administrasiyasının direktoru Zhang Ke Pekində keçirilən konfransda bildirib ki, doğum səviyyəsinin aşağı düşməsinə cavab olaraq məhsuldarlığın artırılması istiqamətində doğuşla bağlı bütün xərclərin dövlət tərəfindən qarşılanmasını nəzərdə tutan ümummilli səhiyyə tənzimləməsinin tətbiqi planlaşdırılır.

Zhang Ke qeyd edib ki, hamiləliklə bağlı tibbi xərclər üzrə sığorta təminatının əhatə dairəsi genişləndiriləcək və doğuş prosesinin bütün mərhələləri dövlət təminatı altına alınacaq. Onun sözlərinə görə, bu çərçivədə hamiləlik müayinələri, doğuş zamanı istifadə olunan ağrıkəsici dərmanlar və digər tibbi xidmətlər üçün sığorta mexanizmləri də təkmilləşdiriləcək.

//Gülnarə Abasova, Editor.az

Seçilən
47
editor.az

1Mənbələr