AZ

Azərbaycanın qonşusunda ara qarışdı: Pensiya yaşı artırılır?

Sosial şəbəkələrin Rusiya seqmentində yenidən pensiya yaşının artırılması ilə bağlı ajiotaj yaranıb.

Publika.az xəbər verir ki, buna səbəb Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun (İE RAS) tədqiqatıdır. Tədqiqat nəticəsində bəlli olub ki, Rusiyada işçi qüvvəsi azalacaq, təqaüdçülərin sayı isə artacaq.

Bu o deməkdir ki, pensiya sistemində yeni bir islahat aparılması lazımdır. Bildirilir ki, demoqrafik göstəricilər hökuməti tezliklə tədbirlər görməyə məcbur edəcək və pensiya yaşı artırılacaq.

Amma bu iddialarla bağlı hələ ki, rəsmi münasibət bəlli deyil.

Seçilən
31
publika.az

1Mənbələr