AZ

Qazaxıstan Bakı–Tbilisi–Ceyhan marşrutu üzrə neft nəqlinin həcmlərini qoruyub saxlayacaq

Astana, 15 dekabr, AZƏRTAC

Bu il Bakı–Tbilisi–Ceyhan marşrutu üzrə təxminən 1,5 milyon ton neftin nəqli planlaşdırılır ki, bu da ilkin planlara uyğundur. AZƏRTAC xəbər verir ki, bunu Qazaxıstanın energetika naziri Erlan Akkencenov ilin yekunlarına dair mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, təsdiqlənmiş göstəricilərdən heç bir kənarlaşma yoxdur və nəzərdə tutulan həcm tam şəkildə təmin ediləcək.

“Gələn il üçün də analoji tədarük həcmi planlaşdırılır, eyni zamanda onun artırılması gözlənilir. Perspektivdə isə ‘KazMunayQaz’ və SOCAR arasında bu istiqamət üzrə əldə olunmuş razılaşma ildə 2,2 milyon tona qədər neftin nəqlini nəzərdə tutur”, – deyə o bildirib.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

 

Seçilən
20
1
azertag.az

2Mənbələr