AZ

Çin investorları Qazaxıstanda su təsərrüfatı üçün rəqəmsal həllər zavodu açacaq – ÖZƏL

Çin investorları Qazaxıstanın Taraz şəhərində su təsərrüfatı üçün rəqəmsal həllərin istehsalı üzrə zavod açacaq. 

Olaylar.az xəbər verir ki, bu barədə ArbatMedia məlumat yayıb.

Müvafiq əməkdaşlıq memorandumu Qazaxıstanın Su Resursları və İrriqasiya Nazirliyi ilə Çin şirkətlərindən ibarət konsorsium arasında imzalanıb. Sənədi nazir Nurjan Nurjiqitov və Yellow River Engineering Consulting Co. Ltd şirkətinin direktoru və baş iqtisadçısı İn Dəven imzalayıb.

Gələcək zavod su resurslarının avtomatlaşdırılmış idarə olunması üçün avadanlıqların istehsalı ilə məşğul olacaq. Buraya rəqəmsal monitorinq sistemləri, suyun səviyyə və keyfiyyətini ölçən sensorlar, irriqasiya şəbəkələrinin dispetçer idarəetməsi üçün proqram-texniki komplekslər, eləcə də mümkün daşqınlar və digər fövqəladə hallar barədə erkən xəbərdarlıq texnologiyaları daxildir.

Layihə Çin istehsalı olan qabaqcıl texnologiyaların Qazaxıstanın su təsərrüfatı sahəsinə tətbiqini nəzərdə tutur. Gözlənilir ki, müəssisə çoxfunksiyalı mərkəzin tərkib hissəsi olacaq. Burada avadanlıqların istehsalı ilə yanaşı, mütəxəssislərin hazırlanması, kadrların təlimi və texnologiyaların yerli şəraitə uyğunlaşdırılması da həyata keçiriləcək.

Qazaxıstanın Su Resursları və İrriqasiya naziri Nurjan Nurjiqitov bildirib ki, tərəflər bir neçə istiqamət üzrə birgə fəaliyyət barədə razılığa gəliblər. Onun sözlərinə görə, əsas prioritetlərdən biri irriqasiya sistemlərinin avtomatlaşdırma və rəqəmsallaşma tətbiq edilməklə yenidən qurulması, digəri isə kadr hazırlığıdır. Nazir əlavə edib ki, son iki ildə Çin şirkətləri ilə əməkdaşlıq gücləndirilib və bu il Power China şirkətinin hesabına 125 su təsərrüfatı mütəxəssisi ixtisasartırma kursu keçib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
29
olaylar.az

1Mənbələr