AZ

“Neftçi”nin yeni məşqçi korpusunda gözlənilməz ayrılıq - SON DƏQİQƏ

«Neftçi»nin yeni məşqçi korpusunda gözlənilməz ayrılıq yaşanıb.

Bir neçə gün öncə Yuri Vernidubun ekibinə qoşulan Aqil Məmmədov artıq əsas komandan ayrılıb.

Qapıçılar üzrə köməkçi yenidən akademiyaya dönüb.

O, öz istəyi ilə bu addımı atıb. boşalan vəzifəyə əcnəbi mütəxəssisin təyin olunacağı gözlənilir.

Dekabrın 9-da «ağ-qaralar»la 1,5 illik müqavilə imzalayan Vernidubun korpusu hazırda 4 nəfərdən ibarətdir. Bura Valeri Mixaylenko, Dmitro Kara-Mustafa, Vitali Vernidub və İqor Fokin daxildir.

SPORTİNFO.AZ

Seçilən
33
1
sportinfo.az

2Mənbələr