Neft qiymətləri əvvəlki həftənin düşməsindən sonra bazar ertəsi səhəri yüksəlir.
Banco.az xəbər verir ki, Londonun ICE Futures birjasında fevral ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti 0,32 dollar (0,52%) artaraq bir barel üçün 61,44 dollara çatıb. Cümə günü isə Brent markalı neftin qiyməti 0,16 dollar (0,26%) azalaraq bir barel üçün 61,12 dollara düşüb.
Bu vaxta qədər Nyu-York Ticarət Birjasının (NYMEX) elektron ticarətində WTI neftinin yanvar fyuçerslərinin qiyməti 0,29 dollar (0,5%) artaraq bir barel üçün 57,73 dollara çatmışdı. Əvvəlki sessiyada müqavilə 0,16 dollar (0,28%) azalaraq bir barel üçün 57,44 dollara düşmüşdü.
Son bir həftə ərzində hər iki brend 4%-dən çox dəyər itirib. İnvestorların diqqəti dünyada geosiyasi vəziyyətə yönəlib.