AZ

Qanunsuz ağac kəsməkdə təqsirləndirilən şəxslə bağlı qərar çıxarıldı

Ali Məhkəmədə qanunsuz ağac kəsimində təqsirləndirilən Bəhruz Hacıyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.


Qeyd: Bəhruz Hacıyev dövlət mənafeyinə 11 min 600 manat zərər vurması ittiham edilib. Ona qarşı Cinayət Məcəlləsinin 259.3-cü (meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılmışdı.


Suraxanı Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibinin əlamətləri ittihamla təsdiq edilmədiyi üçün onun barəsində bəraət hökmü çıxarılıb. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi təmin etməyib. Daha sonra dövlət ittihamçısı kassasiya protesti ilə Ali Məhkəməyə müraciət edib. 

 

Kamal Məmmədov 

Tarix: 15 Dekabr 2025, 09:21   
Seçilən
94
pravda.az

1Mənbələr