Fermentasiya yolu ilə hazırlanan turşuların insan sağlamlığına çoxsaylı müsbət təsirləri olduğu qeyd olunur.
Pravda.az bildirir ki, probiotiklərlə zəngin olan turşu bağırsaq florasını gücləndirir, həzmi asanlaşdırır və immuniteti dəstəkləyir.
Turşunun tərkibindəki faydalı bakteriyalar iltihabın azalmasına, orqanizmin daha balanslı şəkildə işləməsinə kömək edir. Antioksidantlarla zəngin olması isə hüceyrələrin qorunmasına və ümumi sağlamlığa müsbət təsir göstərir. Araşdırmalar göstərir ki, turşu qan şəkərinin tənzimlənməsinə də kömək ola bilər.
Bundan əlavə, turşu suyu elektrolit baxımından zəngindir və xüsusilə idmandan sonra əzələ ağrılarını yüngülləşdirə bilir. Mütəxəssislər turşunun qaraciyər və mədə sağlamlığına da müsbət təsir göstərdiyini bildirir.
Eyni zamanda xəbərdarlıq edilir ki, turşu yüksək duz tərkibli olduğundan həddindən artıq istifadəsi qan təzyiqinin yüksəlməsi kimi problemlərə yol aça bilər. Buna görə də turşudan balanslı şəkildə istifadə tövsiyə olunur.
Əminə Bayramova