Berlində ABŞ və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə Ukraynadakı münaqişənin həlli ilə bağlı baş tutan danışıqlar məxfi şəkildə aparılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Frankfurter Allgemeine Zeitung" qəzeti məlumat yayıb.
Nəşr qeyd edir ki, danışıqlar çox gizli aparılıb. Jurnalistlərin kimin kiminlə və nə vaxt danışdığı barədə demək olar ki, heç bir məlumatı olmayıb.