AZ

Yaponiya yarım əsr sonra pandasız qalacaq

Yaponiya yarım əsr sonra pandasız qalacaq

Yaponiya–Çin münasibətlərinin gərginləşməsi səbəbindən Yaponiya zooparklarında Çin pandaları olmayacaq.

AFN.az xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

Hazırda Yaponiyada Xiao-Xiao və Lei-Lei adlı iki panda var, bunlar Çin tərəfindən Yaponiyaya icarəyə verilib və Tokionun Ueno zooparkının əsas atraksiyasıdır. Mənbələrin bildirdiyinə görə, pandalar 2026-cı ilin yanvarında Çinə qaytarılacaq. Bu, yarım əsr sonra Yaponiya zooparklarında ilk dəfə pandaların olmayacağı anlamına gəlir.

Yapon tərəfi narahatdır ki, gərginlik səbəbindən Çin yeni pandaların icarəsini rədd edə bilər. Bu ehtimal Çin mediası və sosial şəbəkə istifadəçiləri tərəfindən artıq səsləndirilib.

Münasibətlər 2023-cü ildə Yaponiya Baş Naziri Sanae Takaitinin Tayvanla bağlı parlamentdə etdiyi çıxış və Pekinin sərt reaksiyası ilə pisləşib. Çin Tokionu rəsmi şəkildə xəbərdar edib, Osaka baş konsulu isə X platformasında Takaitiyə hədə-qorxu gəlmişdi (sonradan paylaşım silinib). Çin XİN vətəndaşları Yaponiyaya səfərlərdən çəkindirməyə çağırıb.

Seçilən
106
afn.az

1Mənbələr