ain.az bildirir, futbolpress-az portalına istinadən.
“Qarabağ” Premyer Liqada növbəti qələbəsini qazanıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv XV turda “Araz-Naxçıvan” üzərində inamlı qələbəyə sevinib – 5:1.
Çempionlar Liqasında “Ayaks”a məğlubiyyətdən (2:3) sonra komanda ilə bağlı narazılıqlar artmış, hədəfə isə Qurbanov və hücumçu Nəriman Axundzadə gətirilmişdi. Bir neçə gündür davam edən tənqid dalğası fonunda “atlılar” yaxşı oyun və nəticə ilə atmosferi sakitləşdirdi.
Üstəlik, oyundan öncə “Sabah”ın qələbə qazanaraq, liderliyə yüksəlməsi “Qarabağ” üçün əlavə motivasiya idi. Postunu geri qalan “atlılar” “bayquşlar”la növbəti duel öncəsi pozitiv siqnallar verdi. Premyer Liqada uzun müddət sonra liderlik uğrunda əməlli “döyüş” olacaq.
Tərəflər üç gün sonra təxirə salınmış oyun çərçivəsində Masazırda üz-üzə gələcək. “Qarabağ“a heç-heçə sərf etdiyi halda, “Sabah” birincilik üçün mütləq qələbə qazanmalıdır. Hər iki komanda yaxşı formadadır və gərgin görüş keçəcəyi gözlənilir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.