AZ

Ağdam, Xocalı və Zəngilan rayonlarına köçlə bağlı püşkatma mərasimləri keçirilib - FOTOLAR

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Ağdam və Xocalı rayonlarının Xıdırlı və Seyidbəyli kəndlərinə, eləcə də Zəngilan rayonunun Məmmədbəyli kəndinə köçlə bağlı püşkatma mərasimləri təşkil olunub.

QHT.az xəbər verir ki, 12 dekabr 2025-ci il tarixində isə Zəngilan rayonunun Məmmədbəyli kəndinə köçlə bağlı püşkatma mərasimi baş tutub. Tədbirdə Regional Gender Mərkəzi İctimai Birliyinin sədri, İctimai Şura üzvü Şərqiyyə Dadaşova iştirak edib. O qeyd edib ki, mərasim Ümummilli Lider Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb, daha sonra püşkatma prosesi həyata keçirilib.

13 dekabr 2025-ci il tarixində Ağdam və Xocalı rayonlarının Xıdırlı və Seyidbəyli kəndlərinə köçlə bağlı keçirilən püşkatma mərasimində “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin rəhbəri, İctimai Şuranın sədri Anar Xəlilov da iştirak edib. O, püşkatmanın qanunvericiliyin tələblərinə uyğun, açıq və şəffaf şəkildə keçirildiyini qeyd edərək, Vətəninə qayıdan keçmiş məcburi köçkünləri təbrik edib və mərasimin təşkilinə görə Dövlət Komitəsinin əməkdaşlarına təşəkkürünü bildirib.

Seçilən
86
qht.az

1Mənbələr