AZ

ABŞ-yə məxsus hərbi təyyarə mülki təyyarə ilə toqquşmağa yaxın olub

Bakı. Trend:

Karib dənizindəki Kyurasao adasından uçan "JetBlue" təyyarəsiABŞ Hərbi Hava Qüvvələrinə məxsus tankerlə toqquşmamaq üçün uçuşunudayandırıb.

Trend-in məlumatına görə, bu barədə "CNN" televiziya kanalıxəbər verib.

"Onunla havada az qala toqquşacaqdıq. Onlar düz bizimistiqamətimizə üçublar (...). Transponderləri işə düşməmişdi, bu,dəhşətdir", - deyə "JetBlue" pilotunun hava hərəkəti dispetçeri iləsöhbətinin səs yazısında bildirilib.

"Düz qarşımızda, bizdən 5 mil məsafədə, bəlkə də 2 və ya 3 mil(...) məsafədə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus birtəyyarə-yanacaq dolduran uçub və o, bizim yüksəklikdə olub.Yüksəlişə keçməyimizi dayandırmalı olduq", - deyə pilot əlavəedib.

Seçilən
60
az.trend.az

1Mənbələr