AZ

Türkiyədə yol qəzası olub, xəsarət alanlar var

Türkiyənin Bolu şəhərində iki avtomobil toqquşub.

Bu barədə "Report" yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, qəza zamanı 9 nəfər xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım, jandarm əməkdaşları göndərilib.

Yaralılar ilkin tibbi yardımdan sonra Bolu və Gerede xəstəxanalarına çatdırılıblar.

Qəzanın səbəbi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Seçilən
66
1
far.az

2Mənbələr