"Real Madrid" La Liqanın XVI turunda səfərdə "Alaves"i 2:1 hesabı ilə məğlub edib.
Offsideplus.az xəbər verir ki, görüşdə hesabı açan Kilian Mbappe cari ildə 56-cı qolunu vurub.
O, daha 4 dəfə fərqlənsə, Kriştiano Ronaldonu geridə qoyacaq.
Ronalda 59 qolla bir il ərzində "Real Madrid" forması ilə ən çox qol vuran futbolçudur.
"Kral klubu"nun ilin sonuna qədər iki oyunu qalıb: İspaniya Kubokunda "Talavera" və La Liqada "Sevilya" ilə.