Misli Premyer Liqasında XV tura bu gün yekun vurulacaq.

Offsideplus.az xəbər verir ki, günün ilk oyununda "İmişli" Qubada "Karvan-Yevlax"ı qəbul edəcək.

Tərəflər arasındakı ilk dövrədəki matç "İmişli"nin qələbəsi ilə başa çatmışdı - 3:0.

Yevlax təmsilçisi son 8 oyunun hamısında məğlub olub.

Onlar hazırda 5 xalla sonuncu yerin sahibidir. Jorj Kaşkilya komandası isə 15 xalla 9-cu yeri tutur.

Misli Premyer Liqası, XV tur

15 dekabr (bazar ertəsi)

14:00 “İmişli” – “Karvan-Yevlax”

Hakimlər: Kamranbəy Rəhimov, Pərvin Talıbov, Zöhrab Abbasov, Vüqar Həsənli

VAR: İnqilab Məmmədov

AVAR: Namiq Hüseynov

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Eldəniz Musayev

Quba OİK stadionu