AZ

Çilidə keçirilən prezident seçkilərində mühafizəkarlar liderdir

Bakı, 15 dekabr, AZƏRTAC

Çili müxalifətinin mühafizəkar siyasətçisi Xose Antonio Kast prezident seçkilərinin ikinci turunda liderlik edir. AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Seçki Xidməti məlumat yayıb. Bildirilib ki, bu rəqəm seçki məntəqələrinin 4,46 faizində səslərin sayılmasından sonra açıqlanıb.

Kasta səslərin 59,83 faizini, onun rəqibi, hakim mərkəz-sol koalisiyası olan “Çili üçün Birləşmək”i təmsil edən kommunist Jeanette Xara isə 40,17 faiz toplayıb.

16 noyabrda keçirilən prezident seçkilərinin birinci turunda Xara 27, Kast isə 24 faiz səs toplayıb.

Seçilən
126
2
azertag.az

3Mənbələr