AZ

La Liqa: "Real Madrid" "Alaves" səfərindən 3 xalla dönür

İspaniya La Liqasında 16-cı turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, bu gün 3 oyun baş tutub.

“Sevilya” evdə “Real Ovyedo”nu, “Selta” “Atletik”i məğlub edib. Səfərdə “Alaves”lə qarşılaşan “Real” da qələbəyə sevinib.

“Levante” – “Vilyarreal” matçı isə əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb. Matçın təxirə salınmasına Valensiyada yağan güclü yağışlar səbəb olub.

İspaniya La Liqası
16-cı tur

12 dekabr

Real Sosyedad – Jirona 1:2
Qollar: Qedes, 35 – Siqankov, 76; 84.

13 dekabr

Atletiko – Valensiya 2:1
Qollar: Koke, 17. Qrizmann, 74 – Beltran, 63.

Malyorka – Elçe 3:1
Qollar: Morlanes, 5. Maskarell, 82. Muriqi, 89 – Maffeo, 21-öz qapısına.

Barselona – Osasuna 2:0
Qollar: Rafinya, 70; 86.

Xetafe – Espanyol 0:1
Qol: Kabrera, 53.

14 dekabr

Sevilya – Real Ovyedo 4:0
Qollar: A.Adams, 4. Sou, 22. Mendi, 51. Exuke, 89.

Selta – Atletik 2:0
Qollar: Svedberq, 48. El Abdellaui, 55.

Levante – Vilyarreal matçı təxirə salınıb

Alaves – Real 1:2
Qollar: K.Visente, 68 – Mbappe, 24. Rodriqo, 76.

15 dekabr

00:00. Rayo Valyekano – Betis

Seçilən
56
fanat.az

1Mənbələr