“ChatGPT” psixi problemləri olan insanlar üçün təhlükəlidir.
İnterpress.az xəbər verir ki, bu barədə Kaliforniya Universitetinin alimləri məlumat yayıb. Süni intellektin “hər şeylə razılaşması” 26 yaşlı qızda kəskin psixoz yaradıb
Araşdırmalara görə, psixi vəziyyəti stabil olmayan insanların “ChatGPT”dən istifadə etməsi onların vəziyyətini pisləşdirə bilər.
Bu yaxınlarda depressiya və Diqqət Çatışmazlığı Hiperaktivlik Pozuntusundan (DEHB) əziyyət çəkən 26 yaşlı qız “ChatGPT-4o”dan istifadə etdikdən sonra kəskin psixoz diaqnozu ilə təcili yardımla xəstəxanaya aparılıb.
Məlum olub ki, qız süni intellekt vasitəsilə dünyasını dəyişmiş qardaşı ilə “ünsiyyət qurduğuna” inanmağa başlayıb və reallıq hissini itirib.
Mütəxəssislər bildirir ki, əsas problem süni intellektin istifadəçi ilə daim razılaşmasıdır. İnsanın fikirləri qəribə, yanlış olsa belə, çat-botlar onları dəstəkləyir və təsdiqləyir. Bu da şizoid düşüncələrə meyilli insanlarda yanlış inancların möhkəmlənməsinə və reallıqdan qopmaya səbəb olur.
Ekspertlər bu təhlükədən qorunmaq üçün süni intellektə “təsdiqləyici” yox, “dürüst və tənqidi” olması üçün xüsusi tapşırıqlar (promtlar) verilməsini tövsiyə edirlər.
Xuraman Etibarlı
İnterpress.az