Qırğızıstanda falçı qadının 43 min dollarını qəbiristanlıqda “yoxa çıxarıb”.
İnterpress.az xəbər verir ki, bu barədə Qırğızıstan KİV-ləri məlumat yayıb. Biznesinin “yolunu açdırmaq” istəyən qadın pulları qəbirə basdırdıqdan sonra aldadıldığını anlayıb.
Qırğızıstanda karyerasında uğur qazanmaq istəyən yerli sakin falçıya müraciət edərək dələduzluğun qurbanı olub. Falçı qadına “biznesdə yolunu açmağı” vəd edərək ondan ümumilikdə 43 min dollar pul alıb.
“Sehirli” rituallara əsasən, qadın qəbiristanlığa gedərək müəyyən bir məzara bir neçə min dollar basdırmalı idi. O, ərazidən uzaqlaşan kimi pullar “sehirli şəkildə” yoxa çıxırmış.
Zərərçəkən yalnız üçüncü dəfə qəbiristanlığa getdikdən və pulları basdırdıqdan sonra aldadıldığını başa düşüb.

Xuraman Etibarlı
İnterpress.az