AZ

Bloomberg: Wall Street süni intellekt köpüyünün partlaya biləcəyini gözləyir...

Nvidia və Oracle səhmlərinin ucuzlaşması investorlar arasında skeptisizmi gücləndirib...

Poliqon xəbər verir ki, Bloomberg Agentliyinin yazdığına görə, Wall Street süni intellekt sahəsində formalaşan böyük maliyyə köpüyünün yaxınlaşdığını görür və onun nə zaman və necə partlaya biləcəyi ilə bağlı mövqelərini formalaşdırmağa başlayır. Son dövrlərdə Nvidia səhmlərinin kəskin satışı və Oracle səhmlərinin süni intellekt xərclərinin artması ilə bağlı xəbərlərdən sonra ucuzlaşması bu istiqamətdə artan şübhələrin açıq əlaməti kimi qiymətləndirilir.

Agentlik qeyd edir ki, 2026-cı il ərəfəsində investorlar arasında ciddi müzakirə gedir: potensial köpük partlayışı riski fonunda süni intellektə yatırılan investisiyaları məhdudlaşdırmaq lazımdır, yoxsa bu texnoloji inqilabdan maksimum fayda əldə etmək üçün səyləri ikiqat artırmaq daha məqsədəuyğundur.

Callodine Capital Management şirkətinin baş icraçı direktoru Cim Morrowun sözlərinə görə, bazar artıq həlledici mərhələyə qədəm qoyub. “Biz dövrün elə fazasındayıq ki, real nəticələr əsas rol oynayır. Bu, yaxşı bir hekayə idi, amma hazırkı mərhələdə biz, əslində, sərmayələrin real gəlir gətirib-gətirməyəcəyini görmək üçün risk edirik”, – deyə o bildirib.

Bloomberg yazır ki, süni intellektlə bağlı narahatlıqlar əsasən üç məqam üzərində cəmlənir: texnologiyanın real tətbiq imkanları, onun inkişafına yönələn nəhəng xərclər və istehlakçıların gələcəkdə bu xidmətlər üçün həqiqətən pul ödəyib-ödəməyəcəyi. Bu suallara veriləcək cavabların fond bazarının gələcək trayektoriyasına ciddi təsir göstərəcəyi vurğulanır.

Poliqon.info

Seçilən
64
poliqon.info

1Mənbələr