Salyanda ağır yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.
NOCOMMENT.az-ın Cənub bürosunun verdiyi xəbərə görə hadisə yeni Ələt-Astara magistralında, Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “Mercedes”, “Opel” markalı minik avtomobilləri ağır tonajlı yük avtomobili ilə toqquşub. Hadisə şahidlərinin sözlərinə görə “Opel” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək yoldan çıxıb. “Mercedes” markalı nəqliyyat vasitəsində olanlar ağır bədən xəsarətləri alıblar.
İlkin məlumata görə qəzaya səbəb ağır tonajlı yük avtomobili olub. Qeyd edək ki, ağır tonajlı yük avtomobili Rusiya Federasiyasına məxsusdur.
Faktla bağlı araşdırma aparılır.