BAKI, 15 dekabr. TELEQRAF
Qusarın Yuxarı Ləyər kəndində baş verən ağır yol qəzasında ölənlər Birinci Qarabağ müharibəsi iştirakçısı, Silahlı Qüvvələrin veteranı, hərbi ekspert Şair Ramaldanovun qardaşı İlham Ramaldanovun ailə üzvləridir.
Teleqraf xəbər verir ki, hadisə nəticəsində İlham Ramaldanovun qızı 36 yaşlı Tamilla Ramaldanova və ailənin yaxın üzvü 43 yaşlı Cəmilə Bağırova həlak olublar.
Qəza zamanı ailənin daha 4 üzvü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlardan iki nəfərin vəziyyəti ağırdır.