AZ

Belarus və ABŞ razılığa gəldi 123 siyasi məhbus azad edildi

ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ-ın Belarusa qarşı sanksiyaların ləğvi ilə bağlı razılaşmasından sonra Minsk hökuməti 123 siyasi məhbusu azad edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, azad olunanlar arasında Nobel Sülh Mükafatı laureatı Ales Bialiatski və müxalifət fəalı Mariya Kolesnikova da var.

ABŞ Prezidenti Donald Trampın Belarus üzrə xüsusi elçisi Con Koale bildirib ki, iki ölkə arasında münasibətlər normallaşdıqca, getdikcə daha çox sanksiyalar aradan qaldırılacaq.

O əlavə edib ki, Belarusda qalan 1000-ə yaxın siyasi məhbusun qarşıdakı aylarda bir qrupda azad edilməsi mümkündür:

“Biz doğru yoldayıq, sürət var. Əgər siyasi məhbuslar olmasa, sanksiyaların çoxu ləğv edilə bilər. Düşünürəm ki, bu, ədalətli mübadilədir”.

Azadlığa çıxan məhbuslardan 9-u Belarusdan Litvaya, 114-ü isə Ukraynaya aparılıb.

İbrahim Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
77
525.az

1Mənbələr