AZ

Media və sosial şəbəkələr intihar xəbərlərində məsuliyyətli davranmalıdır



Media və sosial şəbəkələr intihar halları ilə bağlı məsələdə məsuliyyətli davranmalıdır.

Newscenter.az xəbər verir ki, bunu hüquqşünas Əli İbrahimov deyib. Onun sözlərinə görə, intihar xəbərlərinin sensasiya formasında, detallarla verilməsi, xüsusilə gənclər üçün təhlükəli təsir yarada bilər:

"Əvəzində ümidverici hekayələr, çətinlikdən çıxış yollarını göstərən real nümunələr paylaşılmalıdır. İnsan bilməlidir ki, tək deyil, onu anlayan, dəstək ola biləcək insanlar var. Ən əsası isə hər birimiz ətrafımızdakı insanlara qarşı daha diqqətli, daha mərhəmətli olmalıyıq".

Əli İbrahimov qeyd edib ki, bəzən bir səmimi söz, bir zəng, bir dinləmə intihar düşüncəsi ilə ölüm arasında duran ən güclü sipər ola bilər:

"Unutmayaq ki, intihar çıxış yolu deyil, bütün yolların bağlanmasıdır. Hər gecənin bir sabahı, hər dərdin bir çarəsi var. İnsan yaşadığı müddətcə ümid var və ümid olan yerdə həyat davam etməlidir".

Süleyman
Seçilən
64
1
newscenter.az

2Mənbələr