AZ

Lukaşenkodan Tramp və həyat yoldaşına gözlənilməz jest

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ Prezidenti Donald Trampa və birinci xanım Melaniya Trampa hədiyyələr göndərib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Belarus 1” telekanalı məlumat yayıb.

Hədiyyələr 12–13 dekabr tarixlərində aparılan danışıqlardan sonra ABŞ-ın Belarus üzrə xüsusi elçisi Con Kol vasitəsilə çatdırılıb.

Lukaşenko Melaniya Tramp üçün Belarus qarğıdalı çiçəkləri formasında hazırlanmış zərgərlik əşyası təqdim edib. Donald Tramp üçün isə Müqəddəs Nikolaya həsr olunmuş dəyərli xristian ikonası göndərildiyi bildirilib.

Tahir Turan

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
81
globalinfo.az

1Mənbələr