AZ

"Səfər oyunlarında daha çox xarakter nümayiş etdirməliyik"

“Napoli”nin baş məşqçisi Antonio Konte komandasının İtaliya A Seriyasının XV turunda “Udineze”yə (0:1) məğlubiyyəti ilə bağlı fikirlərini açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, "DAZN" təcrübəli mütəxəssisin dediklərini belə çatdırıb.

“İki ləğv olunmuş qol və ikinci yarının əvvəlində dirəyə dəymiş zərbə. Çox həyəcanlanmışdıq və qorxduq, daha çox səy göstərməli idik. Çətin anlarda belə yaxşı oynamaq lazımdır. Oyunu kontrol etmək və təcrübədən istifadə etmək vacibdir. Cəsarətimizi itirməməliyik, təzyiqə boyun əyməməliyik. Bu cür oynadıqda isə qol buraxmaq riskimiz var və biz qol buraxdıq”,

O əlavə edib ki, oyunçular hər şeyini ortaya qoyur və komandada inkişaf potensialı böyükdür. “Psixoloji səviyyədə də işləyirik və doğru yolu tapmağa çalışırıq. Komandada əla oyunçular var və biz inkişaf edə bilərik”

Seçilən
65
90deqiqe.az

1Mənbələr