AZ

“İnter”dən inamlı qələbə

İtaliya A Seriyasının 15-ci turu çərçivəsində “Cenoa” ilə “İnter” komandaları qarşılaşıb.

90deqiqe.Az xəbər verir ki, “Luici Ferraris” stadionunda keçirilən görüş 2:1 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

6-cı dəqiqədə müdafiəçi Yann Bisseck “İnter”i hesabda önə çıxarıb. 38-ci dəqiqədə hücumçu Lautaro Martinez fərqi artırıb. 68-ci dəqiqədə “Cenoa”nın portuqaliyalı hücumçusu Vitor Oliveira hesabı azaltmağa nail olub, lakin bu qələbə üçün yetərli olmayıb.

Bu nəticədən sonra “İnter” 33 xalla turnir cədvəlində birinci pilləyə yüksəlib. Liderlə ikinci yerdəki “Milan” arasındakı fərq 1 xal təşkil edir. “Cenoa” isə 14 xalla 16-cı sırada qərarlaşıb.

Seçilən
126
90deqiqe.az

1Mənbələr