AZ

Fiko Ukraynanı qara dəliklə müqayisə etdi

"Ukrayna Aİ-nin pulunu və gələcəyini sormaqda olan qara dəlik kimidir".

Publika.az xəbər verir ki, bu barədə Slovakiyanın Baş naziri Robert Fiko özünün "Facebook" səhifəsində bildirib.

"Ukrayna milyardlarla avronu, rasional iqtisadi düşüncəni və Avropa Birliyinin dayanıqlı gələcəyini boşa sərf edən qara dəlikdir", - o yazıb.

Dekabrın 12-də Fiko Slovakiyanın Avropa Şurasında Kiyevə "təzminat krediti"nin verilməsinə qarşı çıxacağını açıqlayıb. Onun sözlərinə görə, Bratislava sülh siyasətinə sadiq qaldığı üçün müharibə üçün Avropa vəsaitlərinin ayrılmasını dəstəkləməyəcək.

Seçilən
43
publika.az

1Mənbələr