AZ

Xəzər Lənkəran stadionunu zibillik poliqonuna çevirən kimlərdir?

“Fırtınalar meydanı”nda oturacaqlar arasında tullantılar təmizlənmir.

NOCOMMENT.az Cənub bürosunun verdiyi xəbərə görə, bir zamanlar göz oxşayan Xəzər Lənkəran stadionu, “Fırtınalar meydanı” indi zibillik poliqonuna çevrilib. Stadiona daxil olub, oturmaq istəyən azarkeşlər öncə zibilliksiz yer və səliqəli oturacaqlar axtarırlar. Çünki stadionun oturacaqları qırıq-qırıq, palçıqlı və oturacaqlar arasında zibillik hökm sürür. Buna görə də azarkeşlərin əksəriyyəti region oyunlarını ayaq üstə qalaraq doğma komandalarına dəstək olurlar. Azarkeşlər deyir ki, bir biletin qiyməti 3 manatdır. “Hər oyuna baxmağa ən azı 100-ə yaxın azarkeş gəlir. Yığılan pulnan qismən də olsa oturacaqları təmir etdirmək və zibilləri təmizlətdirmək olar. Axı Xəzər-Lənkəran stadionu, fırtınalar meydanı bizlərə hələ də doğmadır. Buranı təmiz saxlamaq bizim borcumuzdur”.

Qida qalıqlarını stadiona kimlər, nə məqsədlə qoyur və oyundan sonra zibillər nə üçün təmizlənmir, indi bu sual hər kəsi düşündürür.

Qeyd edək ki, 14 dekabrda region turniri üzrə keçirilən Lənkəranın eyni adlı komandası Masallının Viləş komandası ilə üz-üzə gəlib. Oyun qolsuz bərabərliklə sona çatıb.

 

Seçilən
78
3
nocomment.az

4Mənbələr