AZ

Gürcüstan hökuməti Sidneydə baş verən terror aktını qətiyyətlə pisləyir

Tbilisi, 14 dekabr, AZƏRTAC

Gürcüstan hökuməti Sidneydə yəhudi icmasının üzvlərini hədəf alan antisemit terror hücumunu qətiyyətlə pisləyir.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze X sosial şəbəkə hesabında paylaşım edib.

O qeyd edib ki, Hanukka bayramını qeyd etmək üçün toplaşan yəhudi icmasına qarşı yönəlmiş bu hücum qəbuledilməzdir və ortaq dəyərləri sarsıdır.“Antisemitizm aktları ortaq dəyərlərimizi sarsıdır və harada baş verməsindən asılı olmayaraq, onlara qarşı qətiyyətlə mübarizə aparılmalıdır”, – deyə Gürcüstanın Baş naziri qeyd edib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
83
azertag.az

1Mənbələr