AZ

“Haland Anri və Alan Şirer səviyyəsindədir”

“Liverpul”un sabiq müdafiəçisi, hazırda “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanın köməkçisi olan Kolo Ture “şəhərlilər”in hücumçusu Erlinq Halandın oyun səviyyəsini “Arsenal”ın keçmiş forvardı Tyerri Anri və “Nyukasl”ın sabiq hücumçusu Alan Şirer ilə müqayisə edib.

90deqiqe.Az xəbər verir ki, "ESPN" sabiq futbolçunun dediklərini belə çatdırıb.

“Erlinqə müdafiəçilərin nəyi xoşlamadığını izah etməklə kömək edirəm.

Deyərdim ki, o, Tyerri [Anri] və [Alan] Şirer ilə eyni səviyyədədir. Amma Erlinqdə ən çox bəyəndiyim cəhət onun təvazökar olmasıdır. O, inanılmaz bir insandır. Hələ inkişaf edəcək çox məqamları var və məsləhətlərə açıqdır. Yüksək səviyyəli futbolçu olanda bu, tez bir zamanda insanın başını döndərə bilər, lakin Erlinq çox sadə və ünsiyyətcil biridir. Bu, heyrətamizdir. Düşünürəm ki, gələcəkdə o, daha da yaxşı olacaq. Çünki Holand təkcə birinci dərəcəli futbolçu deyil, həm də əla insandır”

Qeyd edək ki, Alan Şirer 441 oyunda vurduğu 260 qolla Premyer Liqa tarixinin ən məhsuldar bombardiridir. Tyerri Anri 258 matçda 175 dəfə fərqlənib. Erlinq Holand isə 112 oyunda rəqib qapılarına 100 qol vurub.

Seçilən
68
90deqiqe.az

1Mənbələr