AZ

“Bura özüm gəlməmişəm, məni bura dəvət ediblər” Elmar Baxşıyev

ain.az, Footbal-plus portalına istinadən məlumat yayır.

“Araz-Naxçıvan” 15-ci turda – “Qarabağ”la səfər oyununda darmadağın oldu. “Football-plus.az” naxçıvanlıların baş məşqçisi Elmar Baxşıyevin oyunsonrası mətbuat konfransından hesabatı təqdim edir.- Bizim üçün ağır oyun alındı. Həftə ərzində düşündüyümüz plan var idi ki, onun üzərində işləyirdik. 20-25 dəqiqə istədiyimizi meydanda görməyə çalışırdıq. Birinci qol komandaya təsir etdi. Qol vəziyyəti də deyildi, səhvimizdən qol buraxdıq. Qapımıza iki penalti təyin olundu, öz səhvlərimizdən sonra böyükhesablı nəticə oldu. Qış fasiləsinə qədər bir oyunumuz qalıb. "Qarabağ" matçını unudub, o oyuna hazırlaşacağıq".- Mətbuatda qışda rəhbərliyin sizinlə yolları ayıracağı yazılır. Hər halda, futbolçular da bunu oxuyur. Olmaz ki rəhbərlik açıqlama versin və göstərsin ki, baş məşqçinin arxasındadı?- Bura özüm gəlməmişəm, məni bura dəvət ediblər. Üzərimə nə düşürsə, onu yerinə yetirməyə çalışıram. Haqqımda nə yazırlarsa, futbolçulara da təsir edir, bizə də təsirsiz ötüşmür. Qərar mənim deyil. Bizlə davam etsələr, işimizə davam edəcəyik. Digər qərarı versələr, ona da normal yanşacağıq.MÜZƏFFƏR QULUZADƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
61
2
icma.az

10Mənbələr