AZ

Özbəkistanın Əməkdar artisti: Azərbaycanla mədəni əlaqələrimiz hər zaman çox yaxın və səmimi olub

Bakı, 14 dekabr, Günel Alıyeva, AZƏRTAC

Özbəkistanla Azərbaycan arasında mədəni əlaqələr hər zaman çox yaxın və səmimi olub. Mən 2009-cu ildə Beynəlxalq Muğam Festivalında birinci yerin mükafatına layiq görüldüm. Həmin festivalda Azərbaycanın ən sevdiyim muğamlarından olan “Qarabağ şikəstəsi”ni və “Bayatı-Şiraz”ı səsləndirmişdim.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Özbəkistanın Əməkdar artisti Yulduz Turdiyeva deyib.

“Azərbaycan sənətçiləri də tez-tez Özbəkistana səfər edirlər. Hər il Səmərqənddə keçirilən “Şərq təranələri” festivalında Azərbaycanın tanınmış müğənniləri iştirak edir və yüksək mükafatlar qazanırlar. Biz də Azərbaycana sevinə-sevinə gəlirik”, – deyə o qeyd edib.

Əməkdar artist Azərbaycan və özbək xalqlarının bir-birinə doğma, dil, mentalitet və ortaq dəyərlərinin çox oxşar olduğunu vurğulayıb. “Azərbaycanda Zeynəb Xanlarovanın mahnılarını hamı necə sevirsə, Özbəkistanda da hamı onun mahnılarını böyük məhəbbətlə dinləyir. Ona görə də istəyimiz odur ki, mədəni əlaqələrimiz daha da güclənsin”, – deyə Yulduz Turdiyeva əlavə edib.

Seçilən
82
1
azertag.az

2Mənbələr