Ayna saytından verilən məlumata görə, ain.az xəbər verir.
“Mövsümün ən yaxşı oyunçuları onun yaxtasında dincəlmək hüququna malik idilər”
Londonun “Çelsi” klubunun keçmiş yarımmüdafiəçisi Co Koul Roman Abramoviçin kluba sahib olduğu dövrlə bağlı xatirələrini bölüşüb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, futbolçu mövsümün ən yaxşı oyunçuları üçün xüsusi bir təşviqdən danışıb.
“Abramoviçin “Çelsi”si futbol dünyasının mərkəzi idi. Sanki hesablaşmalı yeni bir qüvvə ortaya çıxmışdı. Mövsümün ən yaxşı oyunçuları onun yaxtasında dincəlmək hüququna malik idilər. Con Terri və Frenk Lempard bu fürsətdən istifadə etdilər. 2008-ci ildə Çempionlar Liqasının finalına çıxdığımız zaman “İlin oyunçusu” seçildim. Lakin yaxtaya minmədim. Uşaqların yaxtada nə etdiyini bilmirəm, amma siyasət dəyişmişdi. Bəlkə də xalçanı məhv emişdilər, ya da nəsə başqa bir şey", Koul qeyd edib.
Qeyd edək ki, Roman Abramoviç 2003-cü ildən 2022-ci ilə qədər “Çelsi”nin prezidenti olub. Bu dövrdə komanda beş İngiltərə çempionluğu, beş FA Kuboku, üç Liqa Kuboku qazanıb. "Çelsi" həmçinin iki Çempionlar Liqası, iki Avropa Liqası, bir UEFA Super Kuboku və bir FİFA Klublararası Dünya Kuboku titulunu qazanıb. 2022-ci ildə sahibi Ukraynadakı vəziyyətlə bağlı potensial sanksiyalar səbəbindən klubu satmaq qərarına gəlib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.